Ronaldonun Simeoneyə cavabı ağır oldu - FOTO/VİDEO
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin qalmaqala səbəb olan jestinə cavab verib.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında Madrid klubu ilə matçda (3:0) vurduğu üçüncü qoldan sonra argentinalı mütəxəssisin ilk matçda etdiyi hərəkəti təkrarlayıb.
Dieqo Simeone Turin təmsilçisi ilə ilk görüşdə rəqib komandanın qapısına vurulan ilk qol sevincini qeyri-etik şəkildə qeyd etmişdi. Bu hərəkətinə görə o, UEFA tərəfindən 20 min avro məbləğində cərimələnib.
Dieqo Simeone oyundan sonra Ronaldonun hərəkətinə münasibət bildirib: "Ronaldo dünyanın ən yaxşı oyunçusudu. Belə böyük matçlarda ön plana çıxmaq bacarığına sahibdi. "Metropolitano"da etdiyim hərəkəti görmüşdü, o da mənim kimi, xarakter nümayiş etdirməyə çalışdı".