11:52 14.03.2019 4175

Yuxudu dəə…

Azərbaycan futbolunun inkişafına gecəsini, gündüzünü həsr edənlər qalıb qıraqda, millinin Xorvatiya ilə oyununun nəticəsi mənim yuxuma girir. Görəsən elxan məmmədovlar da belə yuxular görür? Yoxsa mənə bir işarədi ki, inkişafı ancaq yuxuda görə bilərəm. İnkişaf da yox e, ilk səfər oyunundan xalla dönməyi.


Əslində AFFA-nın baş katibi Elxan müəllimin xatirinə inkişaf da saymaq olar.


Yuxudu dəə…


Nə isə, qayıdaq gördüyüm yuxuya...


Vəziyyət belədi...


Televizorun qarşısında dizüstə, gözlərimin "kray”larından yanağa qədər çatıb qurumuş sevinc yaşı parıltısı, "CBCsport”dan Elnur Məmmədlinin qələbəyə bərabər oyun şərhi, əlimdə qozsındıran, arasında da qoz. Donub qalmışam...


Şşşak... Qoz sındı amma qozsındıran barmağımı da "dişlədi”. Özümə gəldim, həyəcandan, sevincdən bilmirəm neyləyim. Tez telefonu götürüb Elxan Məmmədova zəng vurdum.


Yuxudu dəə…


Pis başa düşməyin, amma şirin görünmək üçün rusca danışmaq istədim.


-Elxan uçitel, zdrasti. Ya xaçu ...

-Alişka, ne mojeş ..., ne muçi ... . Qəlin, öz ana dilimizdə razqovarivat edək. Neyçin zəng etmisən mənə sən?


-Elxan müəllim, təbrik etmək istəyirəm.

-Et!


-Təbrik edirəm...

-Kimi?


-Sizi, futbolçularımızı, məşqçilərimizi, əziyyəti olanları, uzaqdan-yaxından gələnlərimizi...

-Bir dəqiqə. Yaxşı etdiniz qeyd. Bir ara Yurçeviç iki həftəlik yox oldu, onda məni puşka, kak eta, topa tuturdunuz. Nəticəsi budur. Mən xəmişə deyirəm, bu işlərə lazımdır vaxt. Baxın, Yurçeviçin Xorvatiyada iki heftesi bize bir xala gəldi...


-Xala hara gəldi?

-Yox, qazandığımız xalı deyirəm.Görürsünüz, iki xefte vaxt itirdik, amma bir xal qazandıq. O danışıqlar olmasaydı, belə olmazdı. Xorvatiya ilə sonuncu ev oyunumuz var. Onda da bunu nəzərə alın. Onlar bizə verə bilir, biz yox? Bu bir xala indilik ehtiyac vardı.

 

-İndilik niyə?

-Bunu yazmaq üçün demirəm. Bax, Qurbanın, əziz dostumun, biz çox yaxşı munəsəbətimiz var amma bu mubarəzədir. Sübüt edirəm ki, biz doğru yoldayıq.


-Kimə sübut edirsiz?

-Alişka, hamıya, sizə, qurbanistlərə, rəşadistlərə. Ən əsası Avropa Liqasının finalında möhtərəm prezidentimizin yanında oturacam, ən çoxundan, net e, azından onun yanında raxat dayanacam. Onun təyinatı ilə gələn Qurbanov Xorvatiyadan darmadağınla qayıtdı amma mənim tapdığım Yurçeviç bir xala ilə gəldi Azərbaycana.


-Yox e, xala deyəndə yoldaşı...

-Podajdi. Məğlub da ola bilərdik. Onu da danışmışdıq xorvatlarla... No az vuracaqdılar, klinus. Bütün xalalarda Qurbandan yaxşı nəticə olacaqdı. Vot, sevindirən məni budu. Bir söz sənə deyim.


-Buyurun!

-Sən Riada da zəng vurub təbrik et, pojaluysta.

 

-Ona niyə?

-Vaxtında Qurbangilin tərəfinə keçmədiyinə və bugünki nəticənin onun biznesinə böyük təkan verəcəyi munəsəbəti ilə. Xoroşo?


-Xoroşo


Elxan müəllim telefonu bir az gec söndürdüyündən "çuşka” sözünü də eşitdim. Eybi yox, yuxudu dəə..


Nə qalıb ki, yatarıq ... yox e, yaşayarıq, görərik.

 

Yazdığım kiminsə arabasının təkərinə çomaq soxacaqsa, yuxumu söyməsin.

 

Yuxudu dəə…

 

Əli Sahib

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2025
00:05

Türkiyə Super Liqası: "Antalyaspor" bir qolla qazandı

02 May 2025
23:53

"Əminəm ki, Saliba olmaq istədiyi yerdədir" - Mikel Arteta

23:30

"Benfika" ispanı İspaniya nəhənginə 10 qat baha satmaq istəyir

23:09

"2-ci yerin dadı tam başqadır" - Rəşad Sadıqov

22:54

"Traktor" tarixində ilk dəfə İran çempionu oldu

22:30

"Təbii ki, belə oyunla harasa getmək çətindir" - Kurban Berdiyev

22:21

"Liverpul"un sabiq yarımmüdafiəçisi karyerasını bitirəcəyini bəyan etdi

21:54

MPL: "Zirə" üçün "gümüş" dəyərində qələbə

21:18

"Sumqayıt"ın "Qarabağ"la matç ərəfəsində ciddi itkiləri var - AÇIQLAMA

20:50

"Bu yöndə "Real"la fərqimiz çox deyil, amma..." - "Barselona"nın baş məşqçisi

20:09

"Kəpəz" "Neftçi" ilə oyuna itkisiz hazırlaşır

19:48

Birinci Liqa: "Karvan" çempiona qalib gəldi

19:14

"Bu qələbə çox vacib idi" - Brunu Fernandeş

18:46

Daha bir Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazandı

18:11

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazandı

17:52

Azərbaycan komandasından Avropa Kubokunda qızıl medal

17:36

PSJ-nin lideri sıradan çıxdı - RƏSMİ

17:15

"Fəaliyyətimi məhz "Kəpəz"də davam etdirmək istəyirəm" - Azər Bağırov

16:58

AÇ-2004-ün iştirakçısı 48 yaşında vəfat etdi

16:40

AFFA Mərdəkanda ot örtüyünü yenilədi

16:23

Diniyevin komanda yoldaşı Türkiyə nəhənginə keçir - Danışıqlar başladı

16:04

"Ötən illə müqayisədə bu dəfə daha yaxşı çıxış etdim" - Reqatada qızıl medal qazanan avarçəkən

15:46

İngiltərə Premyer Liqasında Mark kimisi olmayıb - Rekord

15:28

Azərbaycan millisinin üzvü Braziliya çempionu oldu

15:10

Füzuli Məmmədov 4:1-i belə incələdi

14:52

Yamal özünü Messi ilə müqayisə etdi - "Mənim hələ 17 yaşım var"

14:33

"Qardaş ölkədə olduğumuzu ürəkdən hiss edirik" - Uğur Sevər

14:15

İngilis futbolçu Almaniya nəhəngindən ayrılmağa qərar verdi - Təsdiqləndi

13:56

Təcavüzkar davranan futbolçu 4 oyunluq diskvalifikasiya olundu

13:38

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025"-i 14 medalla başa vurdular

13:20

"Turan Tovuz" "Zirə" ilə oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

13:02

"Prezident Kuboku-2025": Azərbaycan avarçəkəni beynəlxalq reqatada qızıl medal qazandı

12:46

"Bir qədər də bəxtimiz gətirdi" - Ruben Amorim

12:28

Holand bu mövsüm meydana çıxa biləcək? - Qvardiola sualı cavablandırdı

12:10

"Zirə" - "Turan Tovuz" oyununun hakimi dəyişdi

11:54

"Sumqayıt" bu mövsüm meydana çıxmayan legionerlə 2 illik müqavilə bağladı

11:36

Brunu Fernandeş Avropa Liqasının tarixinə düşdü - Rekord

11:17

"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayır

10:59

Yamalın atası "Real Madrid" azarkeşlərinə müraciət etdi

10:40

İngiltərə Premyer Liqasında ən yaxşı baş məşqçi adına 5 namizəd bilindi - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X