"İkinci hissəni çox yaxşı keçirdik. Fasilədən sonra belə oynamağa məcbur idik”.
Fanat.Az-ın məlumatına görə, bunu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bavariya”nı səfərdə 3:1 hesabıyla yenərək 1/4 finala yüksələn (ilk oyun 0:0 hesabıyla bitmişdi) "Liverpul"un baş məşqçisi Yürgen Klopp deyib.
İngiltərə təmsilçisinin çalışdırıcısı matçın ardından media mənsubları önünə çıxıb. Klopp zəfəri haqq etdiklərini dilə gətirib:
"Öz oyunumuzu göstərdiyimiz anlarda "Bavariya" heç nə edə bilmədi. Layiqli qələbə qazandıq. Bir çoxları kimi səfər oyununda müdafiəyə oturmadıq. Belədə səhv etmək şansın daha çox olur. Ancaq oyun ritmindən qopmamaq üçün bu cür çıxış etmək lazımdı. Birinci qola 500 dəfə baxmalıyam. Orda Mane üstün performans sərgilədi. Hendersonun zədələnməsindən başqa hər şey ideal idi".
Fanat.Az