2020-ci ildə Amerika Kuboku (Copa America) iki ölkədə keçiriləcək.
Fanat.Az Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) istinadən xəbər verir ki, turnirin Argentina və Kolumbiya birlikdə ev sahibliyi edəcək.
Maraqlıdı ki, adıçəkilən ölkələr qitənin fərqli yerlərində qərarlaşır. Belə ki, Argentina Cənubi Amerikanın cənubunda, Kolumbiya şimal-qərbində yerləşir.
Təşkilatçılar problemin həll yolunu da tapıb. Belə ki, iştirakçılar hərəsində 6 komanda olmaqla 2 qrupa bölünəcək. Argentina və Kolumbiya fərqli qruplarda yer alacaq. İlk 4 yerin sahibləri 1/4 finala vəsiqə qazanacaq.
Qeyd edək ki, CONMEBOL Avstraliya və ABŞ-ın ev sahibliyi istəyini qəbul etməyib. Hətta yarışın Rusiya, Çin və Qətərdə keçirilmə variantı da var idi. Lakin bu ölkələrdən rəsmi təklif olmayıb.
Fanat.Az