Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Arsenal"dan Pyer-Emerik Obameyanq, "Benfika"dan Jonas, "Çelsi"dən Olivye Jiru və Çexiya "Slvaiya"sından Tomaş Souçek yer alıb.
Qeyd edək ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah bəlli olacaq.
Fanat.Az