Emil Balayevin çıxış etdiyi "Tobol” Qazaxıstan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, millimizin qapıçısının komandası "Taraz”a 4:1 hesabı ilə qalib gəlib.
Emil Balayev start heyətində yer alıb. Qolkiper 83-cü dəqiqədə Lobjanidzenin vurduğu penaltini dəf edə bilməyib.
Qeyd edək ki, "Tobol” hazırda turnir cədvəlinə başçılıq edir.
Fanat.Az