"Real"ın "Bavariya"ya icarəyə verdiyi Xames Rodrigesin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yarınıb.
Fanat.az xəbəp verir ui, mövsümün sonunda Almaniya klubunun kolumbiyalı futbolçunun transfer hüququnu alması gözlənilirdi.
Amma "El Confidencial"ın xəbərinə görə, "Bavariya" müqavilədəki 43 milyon avroluq bənddən narazıdı. Anlaşmaya əsasən, Münhen klubu Xames üçün məhz bu məbləği ödəməlidi.
Bu səbəbdən 27 yaşl futbolçunun "Real"a dönəcəyi deyilir. Amma Madrid klubunun baş məşqçisi Zinəddin Zidan da onunla çalışmaq istəmir.
İddialara görə, "Real" Rodrigesi 60 milyon avro təklif edən kluba satmaq niyyətindədi.
Qeyd edək ki, Rodriges 2014-cü ildə "Monako"dan "Real"a 75 milyon avroya transfer olunub. "Kral Klubu" 2017-ci ildə onu 13 milyon avro qarşılığında iki illik "Bavariya"ya icarəyə verib.
Fanat.Az