Venesuellalı model Aleksandra Mendesin hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo ilə 3 il əvvəlki mesajlaşmaları gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, Peruda yayımlanan "Magaly TV La Firme" adlı telekalın qonağı olan model maraqlı etiraflar edib.
Mendes Ronaldo ondan fotolarını göndərməsini istəyib. Daha sonra isə onların arasında görüş baş tutub.
Venesuellalı model bildirib ki, Ronaldoya bir oyunda qol vuracağı halda arxasını dişləməyə icazə verəcəyini söz verib. Lakin həmin vaxt "Real"da çıxış edən futbolçu bunu edə bilməyib və bu imkandan məhrum olub.