FIFA və UEFA "Mançester Siti"yə ağır cəza verməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun"a FIFA rəsmilərindən biri açıqlama verib.
Adı açıqlanmayan şəxs bildirib ki, "Mançester Siti"ni ağır sanksiyalar gözləyir: "Bu klubla bağlı uzun müddətdi araşdırmalar aparırıq. 1-2 həftə ərzində açıqlanacaq qərarın "Çelsi"yə verilən cəzaya bənzəyəcəyini gözləyirik".
Qeyd edək ki, "Çelsi"yə 18 yaşından aşağı futbolçuların transferində saxtakarlıqlara görə 2 dönəm transfer qadağası qoyulub.
Qeyd edək ki, "Football Leaks"in "Mançester Siti"nin "Maliyyə Fair-Playı" qaydlarını pozmasını sübut edən sənədləri yayımlamasından sonra UEFA klubla bağlı araşdırmalara başlamışdı.
Fanat.Az