"Krılya Sovetov"un baş məşqçisi Miqodraq Bojoviç Rusiya Premyer Liqasının XX turunda "Anji" üzərində qazandıqları qələbəni (2:0) şərh edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis Ramil Şeydayevlə bağlı da danışıb:
"Rmil Şeydayev doğum günündə qol vurdu? O, son zamanlar möhtəşəm oynayır. Ona görə şadam. Çalışqan və yaxşı oğlandı, belə oynamağa davam etsin".
Qeyd edək ki, 23 yaşlı hücumçu "Anji" ilə oyunda penaltidən fərqlənərək komandasının 2-ci qolununun müəllifi olub. O, qış fasiləsindən sonra ardıcıl 3 oyunda 3 qol vurub.
Fanat.Az