PSJ rəhbərliyi yayda heyəti gəncləşdirməyə çalışacaq.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, parislilər Çempionlar Liqasının 1/8 finalının cavab oyununda səfərdə yendiyi (2:0) "Mançester Yunayted”ə evdə 1:3 hesabıyla uduzandan sonra belə qənaətə gəlib.
41 yaşlı qapıçı Canluici Buffon, 35 yaşlı müdafiəçi Dani Alves və komandanın 34 yaşlı kapitanı Tyaqo Silva ilə yolların ayrılması planlaşdırılır.
Fanat.Az