"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen bu yay "Real"a transfer olunmağa yaxındı.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, madridlilər Danimarka millisinin 27 yaşlı üzvünü heyətə qatmaq üçün ingilislərə 265 milyon dollar ödəməyə hazırdı. Keçid baş tutsa, Eriksen dünyanın ən bahalı transferi kimi tarixə düşəcək. Hazırda bu baxımdan rekord PSJ-nin hücumçusu Neymara (252 milyon dollar) məxsusdu.
Qeyd edək ki, Eriksenin "Tottenhem"lə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatacaq.
Fanat.Az