"Real"ın müdafiəçisi Rafael Varan komandasını dəyişə bilər.
Fanat.Az-ın "L'Equipe" nəşrinə istinadən məlumatına görə, Fransa millisinin üzvü gücünü fərqli çempionatda sınamaq fikrinə düşüb.
Bu üzdən futbolçu "Real"dan ayrılmaq istəyir. Hətta Zinəddin Zidanın baş məşqçi postuna dönməsi belə, 25 yaşlı oyunçunu fikrindən daşındırmır. Hazırda onun xidmətində ən çox maraqlı olan komanda "Mançester Yunayted"di. "Qırmızı şeytanlar" bu keçid müqabilində hətta astronomik məbləğ təklif etməyə də razıdı. Hazırda dünyanın ən bahalı müdafiəçisi "Sauthempton"dan "Liverpul"a 85 milyon avroya keçən Vircil van Diykdi. Varanın transferi reallaşsa, rekord yenilənəcək.
Fanat.Az