"Barselona"nın futbolçusu Cerard Pike maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, "Movistar+"da yayımlanan "La Resistencia" proqramının qonağı olan kataloniyalı futbolçu həftə sonu "Espanyol"da keçirəcəkləri oyunu dəyərləndirib: "Mənim "Espanyol"un büdcəsindən çox pulum var. Pulum 57 milyon avrodan daha çoxdu".
Keçmş komanda yoldaşı Zlatan İbrahimovilə bağlı danışan Pike özünün də pulu çox sevdiyini bildirib: "Ancaq dünyada pulu Zlatandan daha çox sevən insan yoxdu. İbra pulu çox sevir. Bir dəfə gəlib bizə "Puldan daha önəmli şeylər var" dedi. Biz heç nə deyə bilmədik, baxa-baxa qaldıq. Sonra dedi ki, "dünyadakı ən önəmli şey daha çox pula sahib olmaqdı".
Pike komanda yoldaşı Lionel Messini "troll" adlandırıb: "Onun çox ironik bir zarafat anlayışı var. Messi tanıdığım ən böyük "troll"lardan biridi".
Fanat.Az