"Bavariya"nın futbolçusu Robert Levandovski ilə bağlı maraqlı xəbər yayılıb.
Fanat.Az xəbər verir ki, polşalı ulduz ötən mövsüm PSJ-yə keçməyə yaxın olub. Hətta futbolçu parislilərlə danışıqlar da aparıb.
Amma keçid baş tutmayıb. Buna səbəb isə Levandovskinin həyat yoldaşı Anna Levandovska olub. Belə ki, o, Parisdə yaşamaq istəmədiyini bildirib və transferlə razılaşmayıb.
"Telefoot"a danışan Levandovski ad açıqlamasa da, həqiqətdən də Fransadan bir klubla danışıqlar apardığını bildirib. Amma həyat yoldaşı ilə bağlı xəbəri təkzib edib: "Düzdü, fransızlarla danışıqlarım olub. Amma həyat yoldaşımın Parisə getmək istəməməsi ilə bağlı deyilənlər axmaqlıqdı. Bundan axmaq fikir eşitməmişəm".
Fanat.Az