"Qalatasaray" Səudiyyə Ərəbəstanının "Əl-Hilal" klubundan FIFA-ya şikayət edəcək.
Fanat.Az xəbər verir ki, buna səbəb ərəvb klubunun Batefimbi Qomisin transferindən qalan 2 milyon avronu ödəməməsidi.
Klublar arasındakı razılığa əsasən, bu məbləğ martın 1-də İstanbul nəhənginin hesabına köçürülməli idi. Lakin üstündən bir ay vaxt keçməsinə baxmayaraq, "Qalatasaray" nə pulu alıb, nə də qarşı tərəfdən kimləsə əlaqə saxlaya bilib.
"Qalatasaray" Səudiyyə Ərəbəstanı klubuna daha 10 gün vaxt verib. Əgər aprelin 10-dək pul hesaba köçürülməsə, "sarı-qırmızılılar" FIFA-ya şikayət edəcək.
Fanat.Az