09:00 02.04.2019 1495

Bir ulusun çöküşü: Marakanaso

- Niyə ağlayırsan, ata?
- Braziliya dünya çempionu ola bilmədi.

- Ağlama, mən sənin üçün dünya çempionatını qazanacağam.

Dünya çempionatları tarixinin ən uğurlu komandası Braziliyanın vidaları əksər hallarda dramatik alınır. Həmişə də bir "günah keçisi” tapılır. 1982-ci ildə Serezo, 1986-cı ildə Ziko, 1998-ci ildə Ronaldo, 2010-cu ildə isə Felipe Melo... Ancaq heç bir faciə 1950-ci ildə baş verənlərə yaxın dura bilməz. Heç bir günahkar isə qapıçı Barboza qədər günahkar ola bilməz...

50-ci illər dünya üçün böyük şeylər vəd edirdi. Müharibə bitmiş, bir çox insan taleyini yazmaq üçün ölkələrini inşa etməyə başlamışdı. Bu dəyişiklikdən idmana da pay düşürdü. 12 illik fasilənin ardından Braziliyada keçirilən dünya çempionatı bir növ "yeni dünya”nın kuboku hesab olunurdu.

Ev sahibləri azarkeşlərini ümidləndirirdi. 1949-cu ildə Cənubi Amerika çempionatının qalibi olanda finalda Paraqvayı 7:0 hesabı ilə məğlub etmiş, ümumilikdə isə 8 matçda 46 dəfə rəqib qapılarına yol tapmışdılar. Braziliya dünya çempionatında Yuqolaviya və Meksikanı udub, İsveçrə ilə bərabərliyə razı olduqdan sonra dörd qrup liderindən ibarət final qrupunda oynamaq haqqı qazanmışdı. Bu etapda isə İsveçi 7:1, İspaniyanı 6:1 hesabları ilə darmadağın edərək son matçdan öncə 4 xalla qrupun zirvəsinə yerləşmişdilər. Sonuncu görüşdə rəqib ikinci sırada qərarlaşan Uruqvay idi.

Uruqvay önəmli oyunçulara sahib olsa da, Braziliya kimi böyükhesablı nəticələrə imza atmamışdı. İspaniya ilə heç-heçə oynamış, İsveçi isə 85-ci dəqiqədə vurulan qol sayəsində 3:2 məğlub etmişdilər. Bütün bunlar Braziliya xalqının özünə olan inamını artırmışdı. 1950-ci ilin 15 iyununda çıxan "O Mondo” qəzetinin manşetində "Dünya çempionları” başlığı atılmış və Braziliyanın start "11-liy”i göstərilmişdi. Zizinyo illər sonra matçdan öncəki gün üzərində "Braziliya – dünya çempionu” yazılmış iki mindən çox şəkil imzaladıqlarını demişdi. Uruqvayda isə Obdulio Varela səhnədə idi. Kapitan həmin iddialı manşetin olduğu "O Mondo” qəzetinin nömrələrini alıb, bütün komanda yoldaşlarına paylamışdı. Braziliya özünə güvənirdi, Uruqvay isə hirsli olan tərəf idi.

16 iyunda turnir üçün inşa edilən "Marakana” stadionuna çempionluğun 100% qazanıldığını düşünən 200 min braziliyalı toplaşmışdı. Çempionluq üçün bərabərlik də kifayət edirdi. Ancaq alınmadı...

Braziliya hesabda önə keçsə də, əvvəlcə Xuan Alberto Skyaffino, sonra isə matçın bitməsinə 10 dəqiqə qalmış Alsides Qidjanın qoluna mane ola bilmədilər. "Marakana”dakı atmosferin qarşılığı – "ölüm səssizliyi” idi. "O Mondo”nun bir gün sonrakı başlığı əvvəlki özgüvəndən uzaq idi: "Dram, faciə və axmaqlıq!”
 


Qidja illər sonra demişdi: "Heç vaxt məğlubiyyətdən sonrakı Braziliya xalqı qədər üzgün insanı bir arada görməmişəm. 200 min adamı sadəcə üç nəfər susdura bilərdi: Frenk Sinatra, Papa II İoann Pavel və mən”.

Braziliyalılar məğlubiyyətə "Marakanaso” adını qoydular və uzun müddət bu kabusdan oyana bilmədilər. Yazar Nelson Rodriqes vəziyyətə "Bizim Hiroşimamız” deyə tərif vermişdi. O günə qədər geyilən mavi yaxalı bəyaz formanın lənətli olduğu ortaya atılmış və yeni forma dizaynı üçün müsabiqə elan edilmişdi.

Məğlubiyyətin günahkarı isə son qolda xətalı olduğu düşünülən qapıçı Moasir Barboza idi. O günə qədər normal karyeraya sahib olan qolkiper həmin gündən etibarən günahkar elan edildi. Barbozanın o səhvi kitablara və filmlərə mövzu oldu. 2000-ci ildə verdiyi müsahibədə, "Braziliyada ən ağır cəza 30 ildi, mənim həbsim isə 50 ildir davam edir” deyən qapıçı qısa müddət sonra dünyasını dəyişmişdi.

Braziliyanın dirilişi isə 1950-ci ildən sadəcə 8 il sonraya təsadüf edəcəkdi. Məkan İsveç idi və yeni – sarı formalar diqqət çəkirdi. Sonra isə DÇ-1962 və DÇ-1970 zəfərləri gəldi. 1950-ci ilin 16 iyun günü ilk dəfə atasının ağladığını görən balaca Edson Arantis du Nasimentu, ya da dünyanın onu tanıdığı adla – Pele isə sözünü tutmuşdu – həm də bir yox, düz üç dəfə.

İlhan Özgən ("Socrates” jurnalı)

Hazırladı: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X