09:00 03.04.2019 1390

“Milan”ın formasını geyən biri istədiyi kimi hərəkət edə bilməz” - Qattuzo

Futbol oynayanda bütün rəqiblərim mənim üçün düşmənə çevrilirlər. Oyun əsnasında hamısına nifrət edirdim. Mənim üçün zərrə qədər də önəm daşımırdılar. Əziyyət çəkmələrini istəyirdim, canlarına oxumağa çalışırdım. Tunelə girəndə heç üzlərinə belə baxmırdım. Tamamilə oyuna və hədəflərimə konsentrasiya olurdum. Demək olar ki, rəqiblərlə heç görüşmürdüm. Oyuna görə dəli olan insanlardanam. Başımda problem var.

18-19 il boyunca futbol - haqqında düşündüyüm yeganə şey idi. Yediklərimə diqqət edirdim, şərab içməkdən çəkinirdim. Buna görə də bu gün futbol oynamaq üçün darıxmıram. Karyeram ərzində etməli olduqlarımdan da artığını etmişəm. Heç bir şeyi şansa buraxmamışam. Düşərgədə olanda heç kim mənimlə bir otaqda qalmağa cürət etmirdi. Həmişə yalnız olurdum. Bəzi önəmli günlərdə olurdu ki, gecə saat 4-də oyanıb televizora baxırdım. Bir saat sonra yenidən yatağa qayıdırdım. Düşünürəm ki, belə şeylər mənimlə birlikdə qalan insana qarşı heç də ədalətli olmazdı. Oyunlar ərəfəsində çox emosional olurdum, yuxu problemləri yaşayırdım. Tez-tez gecənin bir yarısı yuxudan oyanırdım. Şükürlər olsun ki, indi yata bilirəm. Ancaq o vaxt kiminsə mənimlə bir otaqda qalması imkansız idi.

"Milan”dakı həkimim sümüklərimin bərk olduğunu deyirdi. Əməliyyat keçirmişdim, buna rəğmən, olduqca təmkinli idim. Əməliyyat zamanı heç nə hiss etmirdim, amma hekayə doğrudu. Cərrah iki neştər dəyişməli olmuşdu, çünki onlar sümüklərimə təmas edərkən sınmışdılar.

"Milan” futbolçular demək deyil, "Milan” tarixdi - 100 ildən artıq müddətdir yazılan tarix. Klubu təmsil edən adam onun tarixinə, cəmiyyətinə hörmət etməlidi – problem burada ortaya çıxır. Məsuliyyətli olmalısan və düşünməməlisən ki, mən buranın sahibiyəm. "Milan”ın formasını geyən biri istədiyi kimi hərəkət edə bilməz. Bu, yolverilməzdi. Mənim düşüncə tərzim belədi. Bizim dövrlə indiki generasiya arasında çox böyük fərq var. Gənc olanda hər şey üçün mübarizə aparmaq məcburiyyətində idim. Bilmirəm, bəlkə indiki nəslə nisbətən mənimlə daha yaxşı rəftar etmişdilər, bəlkə də, yox. Yaşlı futbolçulara böyük hörmətim var idi. Hər tənəzzüldən sonra töküntüləri toplamaq məcburiyyətində qalırdım. Əgər səbirli olsan, bir gün sənin təcrübəni yeni nəsillərə ötürmək imkanın yaranır.

Deyəcəklərimin ayrıseçkiliklə heç bir əlaqəsi yoxdu. Məsələnin italyan olmaqla da bir bağlantısı yoxdu. Ancaq mənim o paltardəyişmə otağında keçirdiyim 14 il ərzində musiqi həmişə italyan musiqisiydi. Halbuki son illərdə bu dəyişib. Artıq pop musiqi onun yerini alıb və bu, məni dəli edir. Rasist filan deyiləm, ancaq düşünürəm ki, biz ancaq italyan musiqisinə qulaq asmalıyıq. Mövzu italyan musiqisinin istifadə məqsədidi. Mən Qlazqoda oynayanda da eyniydi. Orda da ancaq şotland musiqisinə qulaq asardılar. Bu, sadəcə, bir inancdı və belə də davam etməlidi.

"Milan”da baş verənləri gördükdən sonra bir çox komanda yoldaşımla birlikdə ayrılmaq qərarına gəldik. Qəribə şeylər cərəyan edirdi. Çempionlar Liqasında oynayanda, Avropa səhnəsinə çıxanda atmosfer inanılmaz olurdu. Yox, hansısa ixtilafdan söhbət gedə bilməz, konsentrasiya atmosferi var idi. Matçın başlarından etibarən xüsusi bir nəşə olurdu içimizdə. O möhtəşəm ruhla nəfəs alırdıq. Eyni şeyi Qlazqoda da hiss edirdim. Başqa bir eradan gələn futbol tarixinin gözəlliyini duya bilirdin. Qlazqodakı ilk günümdə mən duşda olanda Qaskoyn corablarımın içinə böyük bayırını eləmişdi. Duşdan çıxdıqdan sonra ətrafı üfunət qoxusu basmışdı. Hər gün bu və bənzər şeylər edirdi.

"Milan” – "Mançester Yunayted” matçından öncəki gün isinmə hərəkətlərini yerinə yetirirdik. Yerdə ilbiz var idi. Oyunçular dedilər ki, ilbizi canlı halda yeyəcək qədər cəsur deyilsən. Dedim ki, adambaşı 500 avro ortaya qoyun, mən də yeyim. 4 fitness məşqçisi var idi, bizdə staj keçirdilər. İlbizi ağzıma atdım və uddum. Sonra həmin stajorlara 15 min avro pul verdiyimi xatırlayıram. Bir dəfə Massimo Oddo əsəbimə "işləyirdi”. Yemək vaxtı idi. Dayanmadan zarafatlaşdı və mən də çəngəli bud sümüyünə sancdım.
Son illərdə fərqinə vardığım bəzi tipik fərqliliklər var. Əksər gənc oyunçular öz dünyalarında yaşayırlar. Onlar veteranların adi nəsihətlərindən belə məhrumdurlar. Ətrafda olan insanlara hörmət qoymaq... - əksər gənclərin bu barədə böyük problemləri var. Məncə, bu gün yeni Qattuzo tapmaq problem deyil. Mən paltardəyişmə otağında yalnız deyildim. Qrupun bir parçasıydım – güclü, qalib qrupun. Klubun tarixini dəyişmək istəyən bir qrupun parçasıydım. 30-lu yaşlarında olanda belə, buna iddia edirdik. Mən işimdə tək deyildim. Qaydalar bizim üçün çox önəmliydi. Hər birimiz onlara əməl etməliydik. Bu gün problem odur ki, bənzər qaydalar artıq yoxdu.

Qattuzonun xatirələri

Hazırladı: Rüfət Məcid

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X