"Barselona"nın hücumçusu Lionel Messi La Liqanın XXX turu çərçivəsində "Vilyarreal"la oynanılan matçda (4:4) rəqib qapısına yol tapıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu 90-cı dəqiqədə cərimə zərbəsindən sonra fərqlənib. Beləliklə, Messi İspaniya çempionatında standart vəziyyətlərdən vurulan qolların sayına görə, Kriştiano Ronaldonu geridə qoyub.
Messi La Liqada 81 dəfə (29 cərimə zərbəsi, 52 penalti) standart vəziyyətlərdən sonra fərqlənib. Ronaldonun aktivində isə 80 belə qol (19 cərimə zərbəsi, 61 penalti) var.
Bu Messinin La Liqada 414-cü qolu olub. Bununla da argentinalı ulduz "Böyük beşlik” çempionatlarında ən çox qol vuran futbolçu adına şərik olub. O, bu yarışlarda 414 dəfə fərqlənən Ronaldoya çatıb.
Argentinalı bütün qollarını İspaniyada vurubsa, portuqaliyalı üç çempionatda buna nail olub. Ronaldo "Mançester Yunayted”lə İngiltərədə 84, "Real”la İspaniyada 311, "Yuventus”la İtaliyada 19 qol vurub.
Fanat.Az