"Qarabağ"dan ayrılan Hannes Halldorssonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İslandiya yığmasının qapıçısı karyerasını ölkəsində davam etdirəcək. Yerli medianın məlumatına görə, 34 yaşlı qolkiper "Valur" klubu ilə razılıq əldə edib. Onun Reykyavik klubuna keçidinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Halldorsson Ağdam təmsilçisinə Danimarkanın "Randers" klubundan transfer olunmuşdu. Mövsümün əvvəlində "Qarabağ"a keçən qolkiper 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.
Fanat.Az