"Vest Hem Yunayted” "Roma”nın bosniya və herseqovinalı hücumçusu Edin Ceko ilə müqavilə bağlamağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "Il Tempo" yayıb. Xəbərə görə, İngiltərə təmsilçisi İtaliya klubu ilə olan müqaviləsinin müddəti 2020-ci ilin yayında bitəcək forvardla 2 illik anlaşma imzalamağı planlaşdırır.
Mənbə romalıların Premyer Liqa klubunun ilk təklifini geri çevirdiyini bildirərək italyanların 33 yaşlı Cekonu 20 milyon avrodan aşağı qiymətə satmağa razılaşmadığını da vurğulayıb.
Fanat.Az