Qaret Beylin yayda "Real"dan ayrılacağı deyilir. Hər oyunda azarkeşlərin etirazı ilə üzləşən uelsli futbolçunun hansı kluba keçəcəyi müzakirə mövzusuna çevirilib.
Fanat.Az xəbər verir ki, Beylin transfer oluna biləcəyi 3 klubun adı açıqlanıb. "Marca"nın məlumatına görə, Paul Poqba "Real"a transfer olunacağı halda, "Mançester Yunayted" uelsli ulduzun keçidi üçün böyük məbləğdə büdcə ayıracaq.
Xəbərdə qeyd edilir ki, Aryen Robben və Frank Riberi kimi ulduzlarla yollarını ayıracaq "Bavariya" da Beyli heyətinə qatmaqda maraqlıdı.
Onu transfer etmək istəyən digər klub isə sabiq komandası "Tottenhem"di. Beyl 2013-cü ildə bu komandadan "Real"a 101 milyon avroya transfer olunub.
Fanat.Az