Çexiya Gənclər Liqasında pley-off mərhələsində ikinci turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya” "Fastav Zlin”i qəbul edib. Oyun 0:0 hesabı ilə yekunlaşıb.
Ötən tur 3 qol vuran Fərid 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.
Qeyd edək ki, 20 yaşlı hücumçu bu mövsüm "Slaviya”nın heyətində 15 qol vurub. O, Çexiya Gənclər Liqasının bombardiridi.
Fanat.Az