Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda I divizionun XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
"Zaqatala" ilə oyunun 44-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Səbail-2”in futbolçusu Jarjue Maudo üçün 1 oyun cəzalandırılıb, klub 20 manat cərimə olunub. Oyunun başa çatdıqdan sonra "Səbail-2”in digər futbolçusu Rubin Seyidov hakimə qarşı fiziki təsir göstərməyə cəhd edib. AFFA ona 5 oyun cəza verib, klubu 400 manat cərimə edib.
"Sabah-2” ilə oyunun 67-ci dəqiqəsində "Şüvəlan”ın baş məşqçisi Adil Şükürov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimələnib.
"Neftçi-2” ilə oyunun 64-cü dəqiqəsində "Ağsu”nun futbolçusu Kənan Əşrəfli sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb, klub 20 manat cərimə olunub.
"Qaradağ Lökbatan” "Sumqayıt-2” ilə oyunun protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimələnib.
Bundan başqa "Səbail-2” 7, "Şüvəlan” 4 futbolçusu sarı vərəqə aldığı üçün 80 manat cərimə edilib.
Fanat.Az