"Yuventus”un müdafiəçisi Leonardo Bonuççi bu yay Turin təmsilçisini tərk edə bilər.
Fanat.Az "Calciomercato”ya istinadən xəbər verir ki, Bonuççinin klubdakı gələcəyi komanda yoldaşı Moyze Kin haqda dediklərindən sonra sual altına düşüb.
Belə ki, müdafiəçi İtaliya çempionatının 30-cu turundan - "Kalyari” ilə oytundan (2:0) sonra azarkeşlərin irqçi təzyiqlərə "qonaq etdiyi” gənc Moyzenin özünün günahkar olduğunu söyləyib.
"Yuve” rəhbərliyi 31 yaşlı oyunçunu transferə çıxarsa, "Real” onu sıralarına qatmağa çalışacaq. Mənbə madridlilərin italyan futbolçuya mövsümün sonunda satmaq istədiyi Rafael Varanın layiqli əvəzləyici gözüylə baxdığını da qabardıb.
Fanat.Az