"Qarabağ”dan ayrılan Hannes Halldorsson karyerasını vətəni İslandiyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, İslandiya yığmasının qapıçısı "Valur” klubuna keçib. Bu barədə Reykyavik təmsilçisinin rəsmi "Twitter” səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Halldorsson ötən ilin iyulunda "Qarabağ”la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Təcrübəli qapıçı mövsüm başa çatmamış Ağdam təsmilçisi ilə yollarını ayırıb.
Fanat.Az