Türkiyə Super Liqasında XXVIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutacaq və "Qalatasaray" "Fənərbaxça"nın qonağı olacaq.
Çempionluq uğrunda mübarizə aparan Fatih Terimin komandası İstanbul derbisində 19 ildi səfərdə uda bilmədiyi əzəli rəqibini məğlub edib, lider "Başakşəhər"lə xal fərqini 3-ə endirməyə çalışacaq.
Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Fənərbaxça" isə doğma meydan və azarkeş amilindən maksimum yararlanıb, yenə "Cim-Bom"u evə xalsız göndərmək niyyətindədi.
İstanbul nəhəngləri arasında sayca 389-cu derbi Bakı vaxtı ilə 20.00-da başlayacaq.
Qeyd edək ki, "Başakşəhər" dünən "Beşiktaş"a 1:2 hesabı uduzub. Hazırda "Qalatasaray" 55 xalla 2-ci, "Fənərbaxça" isə 32 xalla 13-cü pillədə qərarlaşıb.
Fanat.Az