Portuqaliya Sequndasında XXIX turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril” səfərdə "Farense” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
Dadaşov bu oyunun iştirakçısı olmayıb. Hücumçunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, "Eştoril” 29 oyuna 48 xalla 5-ci pillədə qərarlaşıb.
Fanat.Az