Kriştiano Ronaldonun "Yuventus"un U-9 komandasında çıxış edən oğlu Ronaldo Jr istedadına görə heç də atasından geriqalmır.
Fanat.Az xəbər verir ki, hazırda onun komandası atasının doğulduğu Portuqaliyanın Madeyra şəhərində keçirilən turnirdə çıxış edir.
Ronaldo Jr turnirdə şou göstərir. Belə ki, atası kimi 7 nömrəli formanı geyinən azyaşlı futbolçu "Kamaça"nı 15:1 hesabı ilə yendikləri matçda 5, "Maritimo Çina"ya 25:0 hesabı ilə qalib gəldikləri görüşdə isə 7 qola imza atıb.
Fanat.Az