Moskva "Spartak"ının futbolçusu Ayaz Quliyev burnunu sındırdığı Maykl Kou Con Eliyə pul verib.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hadisə aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində baş verib. Azərbaycanlı fubolçu "Mercedes” markalı avtomobili ilə qırmızı işıqda keçən amerikalı Maykl Kou Con Elini vurub. Bu zaman 29 yaşlı ABŞ vətəndaşı heç bir xəsarət almayıb. Lakin sonradan tərəflər arasında gərginlik yaranıb və ayaz amerikalının burnunu qırıb.
Lakin Maykl Kou Con Eli azərbaycanlı futbolçudan şikayətçi olmayıb. Bunun üçün 23 yaşlı yarımmüdafiəçi ona 155 min rubl (4107 manat) verib.
Həmin vaxt şikayətini geri götürən amerikalı indi yenidən müayinə olunmaq və Ayazdan böyük məbləğdə pul tələb etmək niyyətindədi.
Fanat.Az