Moskva "Spartak"nın üzvü Ayaz Quliyev sürücülük hüququndan məhrum edilib.
Fanat.Az xəbər verir ki, bu barədə Moskva məhkəməsi qərar qəbul edib. 23 yaşlı azərbaycanlı futbolçunun sürücülük hüququndan məhrum ediləməsinə səbəb avtomobil idarə edərkən yolu işıqforun qırmızı işığında keçməsi göstərilib. Quliyev işıqforu görmədiyini bildirsə də, məhkəmə onun arqumentlərinə əhəmiyyət verməyib.
Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən 29 yaşlı ABŞ vətəndaşı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla dava edib bə yumruqla burnunu qırıb. Futbolçu daha sonra amerikalıdan üzr istəyib və onun müalicə xərclərini üzərinə götürüb. Futbolçu həmçinin şikayətdən imtina etməsi üçün ona 155 min rubl ödəyib.
Fanat.az