Almaniya Bundesliqasında baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Ştutqart" baş məşqçisi Markus Vaynzrillə yollarını ayırıb. Bu bu barədə klubun saytı məlumat yayıb.
Bundesliqa təmsilçisinin son olaraq "Auqsburq"a 0:6 hesabı ilə uduzmağından sonra bu qərar verilib. Komandanı müvəqqəti olaraq U-19 komandasının baş məşqçisi Niko Villiqin çalışdıracağı bildirilib.
Qeyd edək ki, "Ştutqart" hazıda bundesliqada 21 xalla 18 komanda arasında 16-cı yer tutur.
Fanat.Az