"Çelsi" "Real"a transfer olunmağa hazırlaşan Eden Hazarda əvəzləyici tapıb.
Fanat.Az "Telefoot"a istinadən xəbər verir ki, London klubu Filip Kountinyonu hədəfə alıb. Kataloniyalılar "Barselona"nın ulduzunu transfer siyahısını birinci pilləsinə yazıb.
Artıq "Çelsi" braziliyalı futbolçu ilə ilk təması qurub. Məlumata görə, Kountinyo İngiltərəyə dönməyə və London klubunda oynamağa müsbət yanaşır.
Qeyd edək ki, "Barselona" Kountinyonu 2018-ci ilin yayında "Liverpul"dan 135 miyyon avroya transfer edib. 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə forma geyindiyi 48 oyunda 11 qol vurub.
Fanat.Az