"Liverpul"un əfsanəvi futbolçusu Robbi Fauler karyerası ərzində ikici dəfə baş məşqçi kimi özünü sınayacaq.
Fanat.Az xəbər verir ki, 44 yaşlı veteran futbolçu Avstraliyanın "Brisben Roar" klubuna baş məşqçi təyin olunub. Bu barədə klubun rəsmi "Twitter" hesabı məlumat yayıb. Sabiq hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fauler 1984-1993-cü illərdə "Livepul" akademiyasında futbolun sirrlərinin öyrənib. O, 1993-2001 və 2006-2007-ci illərdə "Liverpul"un əsas komandasında çıxış edib. Fauler həmçinin İngiltərənin "Lids", "Mançester Siti", "Kardiff Siti", "Blekbern", Avstraliyanın "Nort Queensland Furi", "Pert Qlori" və Tayvanın "Muanqtonq Yunayted" klublarında çıxış edib. 1996-2002-ci illərdə İngiltərə millisində çıxış etmiş əfsanəvi futbolçu 2011-2012-ci illərdə "Muanqtonq Yunayted"i çalışdırıb və bundan sonra baş məşqçi kimi fəaliyyət göstərməyib.
Fanat.Az