"Volfsburq"un yeni baş məşqçisi müəyyənləşib.
Fanat.az xəbər verir ki, yeni mövsümdən etibarən komandanı Oliver Qlasner çalışdıracaq. Avstriyalı məşqçi sözügedən postda Bruno Labbadianı əvəz edəcək. Onunla 3 illik müqavilə imzalanacaq.
Qlasner 2015-ci ildən bəri Avstriyanın "LASK Lints" klubunu çalışdırır.
Fanat.Az