Yürgen Klinsman "Nyukasl”ı çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, bu haqda "Chronicle Live” informasiya yayıb. Tərəflər razılığa gəlsə, yaxın keçmişin məşhur hücumçusu baş məşqçi postunda Rafael Benitesi əvəzləyəcək.
Benitesin "sağsağanlar”la olan müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Alman mütəxəssisin də məhz mövsümün sonunda ispan həmkarının yerini tutması planlaşdırılıb. Əslində "Nyuykasl” bossları Benitesin işindən narazı deyil. Sadəcə, sözügedən çalışdırıcının müqaviləsinin müddətini uzatmayacağından ehtiyat edirlər.
Mənbə Klinsmanın bu posta yeganə namizəd olmadığını, ingilislərin Bruno Jenezio ("Lion"), Devid Vaqner və Jorje Jezuşla iş birliyini də götür-qoy etdiyini vurğulayıb.
54 yaşlı Klinsman Almaniya millisini, "Bavariya”nı və ABŞ yığmasını çalışdırıb. 2016-cı ildə ABŞ seçməsiylə vidalaşan məşqçi o vaxtdan bəri işsizdi.
Fanat.Az