"Real”ın baş məşqçisi Zinəddin Zidan gələn mövsüm belçikalı qapıçının Tibo Kurtuanın xidmətinə ehtiyac duymayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo” yayıb.
Mənbə Zizunun "çərçivə”də Keylor Navasa güvənəcəyini və rəhbərliyə Kurtuanın satılmasıyla bağlı müraciət etdiyini vurğulayıb. Hərçənd belçikalı əlcək sahibindən qurtulmaq o qədər də asan olmayacaq. Tibo Madrid klubuyla vidalaşmaq niyyətində deyil.
26 yaşlı Kurtua "Real”a ötən yay "Çelsi”dən keçib. 35 milyon avroya transfer olunan qapıçı bu mövsüm madridlilərin formasıyla çıxdığı 24 çempionat matçında 30 top buraxıb, 57 seyvlə yadda qalıb. Onun "Real”la olan müqaviləsinin müddəti isə 2024-cü ildə başa çatır.
Fanat.Az