"Barselona”nın məşqçilər korpusu müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək Andre Qomeşi komandada görmək istəmir.
Fanat.Az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, kataloniyalılar portuqaliyalı yarımmüdafiəçini yayda 20 milyon avroya satmağı planlaşdırır.
Qomeş "Barsa”ya 2016-cı ilin yayında "Valensiya”dan 37 milyon avroya transfer olunub. Orta xətt oyunçusu geridə qalan müddətdə Kataloniya klubunun formasıyla 78 matça çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ötən yay "Everton” sözügedən futbolçunu 2,25 milyon avro qarşılığında icarəyə götürüb. Liverpul təmsilçisində 26 çempionat görüşündə forma geyinən Qomeş1 qol və eyni sayda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az