İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşib.
Fanat.Az xəbər verir ki, XXXI turun "Uatford" - "Sautqempton" oyununda liqa tarixinin ən erkən qolu vurulub. Tarixi qolun müəllifi qonaq komandanın hücumçusu Şeyn Lonq olub. İrland futbolçu 8-ci saniyədə rəqib qapısına yol tapıb.
İndiyədək rekord "Tottenhem"im sabiq müdafiəçisi Ledli Kinqə məxsus idi. O, 2000/01 mövsümündə "Bredford"la görüşün 10-cu saniyəsində rəqib qapısına yol tapmışdı.
Qeyd edək ki, "Uatford" - "Sautqempton" oyunu 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.Az