İngiltərə Premyer Liqasında XXXI turdan təxirə salınmış iki oyun keçirilib.
Fanat.Az xəbər verir ki, son oyun günündə Mançester derbisi reallaşıb. Turnir cədvəlinin 2-ci pilləsində yer alan və lider "Liverpul"dan cəmi 2 xal geridə olan "Mançester Siti" səfərdə 6-cı sırada olan "Mançester Yunayted"lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Digər oyunda isə "Arsenal" "Vulverhempton"un qonağı olub. Meydan sahibləri "topçular"ı məğlub yola salıb - 3:1.
Mançester Yunayted - Mançester Siti 0:2
Qollar: Silva, 54, Sane, 66.
Vulverhempton - Arsenal 3:1
Qollar: Neves, 28. Doherti, 37. Jota, 45+2 - Sokratis, 30.
Qeyd edək ki, bu qələbə ilə xalını 89-a çatdıran "MS" liderliyə yüksəlib. "Liverpul" 88 xalla 2-ci, "Tottenhem" 70 xalla 3-cü, "Çelsi" 67 xalla 4-cü, "Arsenal" 66 xalla 5-ci, "Mançester Yunayted" 64 xalla 6-cıdır.
Fanat.Az