AFFA-nın baş katibi Elxan Məmmədov Moskva "Spartak”ının futbolçusu Ayaz Qulyevlə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Sport-Ekspress”ə danışan baş katib gənc futbolçunun Azərbaycan millisində oynamaq perspektivini şərh edib.
Ayazın atasının azərbaycanlı olduğunu bildirən Elxan Məmmədov "Biz yaxşı tanışıq. Bir neçə il əvvəl görüşmüşük. Həmişə demişik ki, millinin qapısı Ayazın üzünə açıqdıq. Amma belə görünür ki, o, taleyini Rusiya millisinə bağlamaq istəyir" deyib.
Fanat.Az