Karyerasının böyük hissəsini "İnter"də keçirmiş Marko Materassi maraqlı etiraflar edib.
Fanat.Az xəbər verir ki, oğlunun "Milan" azarkeşi olduğunu deyən veteran futbolçu bir xatirəsini danışıb və buna görə çox utandığını bildirib:
"Bir "İnter" - "Milan" oyunundan öncə məşqə getməli idim. Oğlum Davidə "sən də getmək istəyirsən?" dedim. Hazırlanıb evdən çıxanda qapıda məni əynində "Milan" forması ilə gözləyirdi. Bu forma Massimo Ambrosininin ("Milan"ın sabiq futbolçusu) ona hədiyyəsi idi. Milan azarkeşi olmasını istəyirdi.
Davidə çölə bu formada çıxmaması üçün yalvardım. Cəmi 6,5 yaşı var idi və təbii ki, qəbul etmədi. Milanda bu formada 3 saat gəzdik. Həm də çox önəmli bir Milan derbisindən öncə. Mən asanlıqla utanan adam deyiləm, amma o gün çox utandım. Çox utanc verici idi. Hər kəs "Materassi dəli olub" deyirdi. "Milan" azarkeşləri mənə baxıb gülürdü. Həmin anı sözlə ifadə edə bilmirəm. Çox ağır idi".
Materassi "Milan" derbisi ilə bağlı başqa bir etiraf da edib: "4:3 hesablı qələbə qazandığımız derbidə qol vurmuşdum və formamı çıxarıb azarkeşlərə bir mesaj yollamışdım. "Milan" azarkeşərini təhrik etmək səbəbilə məni meydandan qovdular. Sonra "özünü müdafiə et" dedilər. Mən də bu cavabı verdim: "Onları təhrik etdim, çünki illərdi mənə fahişənin balası deyirdilər".
Qeyd edək ki, Materassi 2001-2011-ci illərdə "Milan"da çıxış edib.
Fanat.Az