Türkiyə Super Liqasında 30-cu tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Lider "Başakşəhər" doğma meydanda "Göztepe" ilə qarşılaşıb və gözlənilmədən uduzub - 0:2.
Bununla da İstanbul təmsilçisi çempionluq yolunda vacib 3 xal itirib. Hazırda 59 xalla ikinci pillədə olan "Qalatasaray" bu turda "Konyaspor"a qalib gəlsə, "Başakşəhər"lə xalları bərabərləşdirəcək. "Beşiktaş" 56 xalla 3-cü, "Göztepe" 30 xalla 15-cidi.
Fanat.Az