İngiltərə Premyer Liqasında XXXVI tura start verilib.
Fanat.Az xəbər verir ki, turun ilk oyununda "Liverpul" "Haddersfild"i qəbul edib və 5:0 hesabı ilə qalib gəlib. Qollara Sadio Mane və Məhəmməd Salah dubl edib, Nabil Keyta bir qol vurub.
Bu qələbə ilə xalını 91-ə çatdıran Yürgen Kloppun komandası liderliyə yüksəlib. Ancaq 89 xalı olan "Mançester Siti" bu turda "Bernli"ni məğlub etsə, yenidən liderliyi qaytaracaq.
Fanat.Az