"Real" və "Barselona" eyni futbolçunu transfer etmək uğrunda mübarizə aparır.
Fanat.Az xəbər verir ki, La Liqa nəhəngləri PSJ-nin futbolçusu Adrien Rabiotu transfer etməyə çalışır. Bu klublarla yanaşı, 24 yaşlı futbolçunu "Mançester Yunayted", "Liverpul" və "Arsenal" da istəyir. Rabiotun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və istədiyi kluba pulsuz keçə biləcək.
Qeyd edək ki, PSJ 24 yaşlı futbolçunu ötən ilin dekabrından etibarən heyətdən kənarlaşdırıb. Buna səbəb onun klub rəhbərliyindən icazəsiz "Barselona" ilə danışıqlar aparması olub.
Fanat.Az