Şənbə günü çempionluğunu rəsmiləşdirən "Barselona"nın futbolçusu Arturo Vidal maraqlı uğura imza atıb.
Fanat.Az xəbər verir ki, çilili futbolçu ardıcıl 8-ci mövsümdə çempion olub. O, bu uğuru 3 fərqli klubun heyətində qazanıb.
Belə ki, 2011-ci ildə "Bayer"dən 12,5 milyon avroya "Yuventus"a transfer olunan Vidal ardıcıl 4 mövsüm A Seriyasının qızıl medallarını qazanıb (2011/12, 2012/13, 2013/14, 2014/15 mövsümləri).
Futbolçu 2015-ci ilin yayında 37,5 milyon avroya "Bavariya"ya keçib. Almaniya klubunda oynadığı 3 mövsümdə də Bundesliqanın qalibi olub (2015/16, 2016/17, 2017/18 mövsümləri).
"Barselona" ötən yay çilili ulduzu 18 milyon avro qarşığında heyətinə qatıb. Vidal uğurlu seriyasını davam etdirərək bu mövsüm də çempionluq sevinci yaşayıb.
Fanat.Az