Almaniyanın III Bundesliqasında XXXV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" Braunşveyq "Ayntraxt"ının qonağı olub. Oyun 3:3 hesabı ilə başa çatıb.
Meydana start heyətində çıxan Rüfət 90 dəqiqə oynayıb. 27 yaşlı hücumçu ilk iki qolda məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 49-a çatdıran "Proyssen" 6-cı pilləyə yüksəlib. "Ayntraxt" isə 41 xalla 14-cüdü.
Fanat.Az