Yol qəzasında həlak olan Türkiyənin "Alanyaspor" klubunun futbolçusu Jozef Suralın həyat yoldaşı Denisa sosial mediada etdiyi paylaşımla hər kəsi ağladıb.
Fanat.Az xəbər verir ki, ərinin ölümündən sonra ilk dəfə paylaşım edən Denisa bu sözləri yazıb:
"Nə yazacağımı bilmirəm, bir parçamı itirdim. Telefondakı son sözün "Məni gözləməyin. səni sevirəm" oldu. Səni həmişə belə xatırlayacam. Sevgi dolu bir həyat yoldaşı, ata və dost. Heç bir zaman pis davranmadın, həmişə ədalətli olmağa çatışdın. Dünyadakı ən yaxşı ata sənsən, bizi uzaq bir yerdən izlədiyini bilirəm, iki möhtəşəm qızımız üçün sənə təşəkkür edirəm. Hər gün onlara baxdıqda səni görəcəm. Bu məni çox məyus edir, çünki səni necə sevdiklərini bilirəm, mənim kimi...
Melissa cəmi 3 aylıqdı, amma onu necə sevdiyini bilirəm, çünki o sənindi. Ona hər zaman nə qədər gözəl ata olduğunu xatırladacam. Vaneska üçün səni itirmək çox pis oldu. Çünki heç kim onu sənin sevdiyin kimi sevməyəcək.
Həyat bir daha əsla eyni olmayacaq, hər an öləcəyimi hiss edirəm. Sonra bunu etməməli olduğumu bilirəm. Çünki o zaman sən bədbəxt olarsan. Bu kədərli tale ilə savaşmalıyıq. Səbəbini soruşmaqdan əsla vaz keçməyəcəm. Səni sonsuzadək sevirəm, sevgilim".
Fanat.Az