"Mançester Yunayted"dən Paul Poqbanı transfer etmək istəyən "Real"ın B planı açıqlanıb.
Fanat.Az xəbər verir ki, fransalı ulduzun yüksək maaşı "Kral Klubu" rəhbərliyini düşündürən əsas məqamdı. Bu səbəbdən transfer baş tutmasa, "Real" "Ayaks"dan Donni van de Beeki heyətinə qatacaq.
"Real" Poqbanı transfer etsə, onunun üçün maaşı ilə birlikdə 200 milyon avroya yaxın xərcləməli olacaq. De Beekin transfer qiyməti isə 60 milyon avrodu.
Qeyd edək ki, 22 yaşlı holland yarımmüdafiəçi "Ayaks"ın yetirməsidi. O, cari mövsümdə meydana çıxdığı 53 oyunda 16 qol vurub və 11 məhsuldar ötürmə edib.
Fanat.Az