Şotlandiya Premyer Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Seltik" mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Qlazqo təmsilçisi XXXVI tur çərçivəsində səfərdə "Aberdin"lə qarşılaşıb və 30 hesabblı qələbə qazanaraq çempion olub. Hazırda 84 xalı olan "Seltik" ən yaxın izləyicisi "Reyncers"i 12 xal qabaqlayır.